Maraqlı

Acqarına isti su və limon

12 İyul 2022 03:02
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca tanınmış dietoloq Ann Louis Gittlman insanlara səhərlər çay və kofe içmək əvəzinə,  isti limonlu su içməyi tövsiyə edir. Onun araşdırmaları isti limonlu suyun insanlara bir çox faydası olduğunu bir daha təsdiqləyir.
İsti limonlu su araıqlamağa kömək edir, ürək yanğısını azaldır, bağırsaq möhtəviyyatını yumşaldır və insanın C vitamininə olan ehtiyacını ödəyir.
Gittlman yarım ədəd limonun 1 stəkan qaynar suya sıxılmasından alınan limonlu suyun ən uyğun qarışım olduğunu qeyd etmşdir. Qarışımı daha faydalı bir hala salmaq üçün üzərinə bir az darçın və ya zəncəfil qatmaq olar.
Səhər acqarına isti limonlu su içmək bağırsaqların fəaliyyətini rahatlaşdırır.
İsti limonlu su insanın ağzından başlayaraq beyninə qədər müalicəvi təsir edir. Limonlu su orqanizmə aşağıdakı müsbət təsirləri göstərir:
- böyrəklərin yaxşı süzməsinə yardım edir
- qaraciyəri təmizləyir
- öd kisəsini boşaldır
- bağırsaqların fəaliyyətini sürətləndirir
- orqanizmi toksinlərdən təmizləyir
- artıq piyləri əridir
- iştahı azaldır
- mədənin turşuluğunu artırmaqla kalsiumun sorulmasına yardımçı olur
- qanın laxtalanma qabiliyyətini aşağı salır
- antioksidant təsirə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.