Dünyanın ən xoşbəxt ölkəsində uşaqlar necə böyüdülür? - Təhsil sisteminin inanılmaz qaydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Finlandiya dünyada insanların yaşadığı ən xoşbəxt ölkələrdən biridir, eyni zamanda təhsil səviyyəsi qat-qat yüksəkdir. Sözsüz ki, xoşbəxt yaşam təhsil sisteminin nəticəsidir. Bəs finlərin təhsilinin sirri nədir?
Milli.Az oxucuları Finlandiyanın təhsil sisteminin əsas qayda-qanunları ilə tanış edir.
Ənənələr qorunur!
Finlər uşaqları ailə mühitində böyütməyə çox diqqət yetirirlər. Finlandiyada əhali inanır ki, milli ənənələrin qorunması güclü və isti münasibətlərin açarıdır. Həftədə bir dəfə mütləq ailə ilə şam yeməyini edirlər. Peşə də nəsildən-nəslə ötürülür - uşaqlar çox vaxt valideynlərinin yolu ilə gedirlər.
Digər bir fin ənənəsi azərbaycanlılar üçün qeyri-adi görünə bilər: uşağın atası da atalıq məzuniyyəti ala bilir. Ancaq o halda ki, ana karyerasını davam etdirmək və ailəni təmin etmək məcburriyyətindədir.
Uşağa qışqırmağa icazə verilmir
Bu ölkədə valideynlər üçün yüksək standartlar var. Finlər üçün uşağa şillə vurmaq və ya qışqırmaq tabudur. Birincisi, bu, qeyri-pedaqoji və təsirsizdir, ikincisi, bu cür cəzalar qanunla qadağandır.
Əgər Finlandiyanın sosial xidmətləri valideynlərin uşağa qarşı sərt davrandığını aşkar edərsə, o zaman ailəyə dərhal xəbərdarlıq olunur. Qayda pozuntusu təkrarlanarsa, xidmətlər uşağı müvəqqəti olaraq başqa bir ailənin himayəsinə verə bilər.
Uşağın fikrinə hörmət edilir
Uşağınız səhər yeməyində sıyıq yeməkdən imtina edərsə, nə edərsiniz? Ya şıltaqdırsa və yuxu saatlarında cizgi filmlərinə baxmaq istəyirsə? Finlandiyalı valideynlər əksər hallarda uşağın fikrini dinləyirlər. Sıyıq əvəzinə pendir və ya pankeyk ilə omlet təklif edəcəklər və yuxu saatlarından kəsib uşaqla birlikdə cizgi filminə baxacaqlar. Finlandiyada uşaqlara kiçik yaşlarından öz fikirlərini ifadə etməyə təşviq edilir və onları müdafiə etməyi öyrədirlər.
İlham mənbəyi məktəbdə və elm sayəsində əldə olunur
248_large
Məktəbdə müəllimin missiyası öyrənmənin maraqlı olduğunu göstərməkdir. Hər bir uşaq daxilən bir kəşfiyyatçıdır, müəllim onun öyrənmək atəşini əzbərlə söndürmək yerinə müxtəlif yollarla həvəsləndirməyə çalışmalıdır.
Məktəbdə uşaqların təlim prosesinə tam cəlb olunduğu bir çox praktik məşğələlər var. Onlar tez-tez qruplarda işləyir, yaradıcılığı maraq göstərir, eyni zamanda öz layihələrini inkişaf etdirirlər.
6-cı sinfə qədər qiymətləndirmə yoxdur
Birinci sinif şagirdlərinin valideynləri oturub gözləmir ki, uşaq həyatında ilk beşi (və ya ikini) nə vaxt və hansı dərsdən alacaq. Çünki 6-cı sinifə qədər müəllimlər sadəcə qiymət vermirlər! Əvəzində uşağın əldə etdiyi nailiyyətlərin qısa xülasəsi qeyd olunur. İbtidai sinif uşaqlarının öyrənmək həvəsini azaltmamaq üçün qiymətləndirmə sistemi tətbiq olunmur və bir-biri ilə müqayisə aparılmır.
4-10 ballıq qiymətləndirmə sistemi təxminən 6-cı sinfdən başlayır. Fin təhsilində uşağın 0 və ya 1 bal almasına icazə verilmir, çünki bu, onun özünə hörmətinə təsir edə bilər. Yeri gəlmişkən, bir çox pedaqoq və psixoloqlar bu sistemin yanaşmasınə dəstəkləyir.
Real layihələr
Fin məktəbinin müəllimləri nəinki biliyə həvəs aşılayır, həm də uşaqları real həyata hazırlayırlar. Dərslər təkcə riyaziyyat və ya coğrafiya kimi adi fənlərlə məhdudlaşmır - məktəblilərə vergilər, güzəştlər haqqında danışılır, onlara yaxşı tərcümeyi-hal yazmağı öyrədirlər, səsvermədə iştirak etməyin nə üçün vacib olduğunu müzakirə edirlər və s. Məktəb psixoloqu mütəmadi olaraq orta məktəb tələbələri və peşəyönümü üçün testlər keçirir: onlara düzgün peşə və universitet seçməkdə kömək edir.
Bəs siz fin uşaqlarının tərbiyəsinin bu xüsusiyyətlərini necə dəyərləndirirsiniz? (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)





