Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir.
Buna görə də Mütəal Allah bəndələrini dua etməyə dəvət edərək buyurur: "Pərvərdigarınız buyurdu: "Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar."[1]
Yenə buyurur: "Aşkarda və gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir."[2]
Başqa bir ayədə isə belə buyurulur: "Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm."[3]
Peyğəmbəri-Əkrəm (s) buyurur: "Dua - ibadətin ruhu, məğzidir."[4]
İmam Cəfər Sadiq (ə) buyurur: "Dua ibadətdir və Allah-Təala buyurur: Allahı çağırın və heç vaxt "daha işlər tamam olmuşdur" - deməyin."[5]
O Həzrət (ə) yenə buyurur: "Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri də Allahdan istəyin və onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin də sahibidir."[6]
Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər.
Əmirəl-möminin Əli ibni Əbitalib (ə) buyurur: "Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən və həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır."[7]
[1] "Mumin" surəsi, ayə:63
[2] "Əraf" surəsi, ayə55
[3] "Bəqərə" surəsi, ayə:183
[4] "Səhihi Termezi", 2-ci cild, səh.266
[5] "Kafi", 2-ci cild, səh.468
[6] "Kafi", 2-ci cild, səh.468
[7] "Kafi", 2-ci cild, səh.468
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





