Həzrət Peyğəmbərin (s) neçə övladı olub?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həzrət Peyğəmbərin (s) həyatı boyu yeddi övladı olmuşdur ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s.ə) olmuşdular. Bu rəqəmi bəziləri səkkiz də deyirlər ki, bu, səhvdir. Çünki Həzrətin üç oğlu və dörd qızı olmuşdur.
Belə ki, nəql edilir: "Peyğəmbərin (s) yeddi övladı olmuşdur. 3 oğlu və 4 qızı ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s.ə) dünyaya gəlmişdilər. İbrahimin anası isə Mariyə Qəbəti idi.
Peyğəmbərin (s) dünyada olan zaman iki həyat yoldaşı dünyasını dəyişmişdir. Ondan sonra Həzrət Fatimədən (s.ə) başqa heç bir övladı dünyada qalmamışdır. Fatimə (s.ə) də atasının vəfatından üç ay sonra dünyasını dəyişmişdir".
Hişam ibni Muhəmməd ibni Saib Kələbi atası Əbu Salehdən nəql edir ki, İbni Abbas demişdir: "Peyğəmbərin (s) besətindən əvvəl Məkkədə dünyaya gələn ilk övladı Qasim olmuşdur. Həzrətin (s) künyəsi də məhz bu övladının adı ilə bağlıdır. Ondan sonra Zeynəb, Ruqəyyə, Fatimə (s.ə), Ümmil-Gülsüm dünyaya gəlmişdilər.
Besətdən sonra Həzrətin (s) Abdullah adlı və Tahir ləqəbli bir oğlu olmuşdur. Onların hamısının anası Həzrət Xədicə (s.ə) olmuşdur. O zaman ki, Həzrətin (s) oğlanları ölür, As ibni Vail deyir ki, onun nəsli kəsilmişdir. Bu sözlərdən sonra Allah Təala "Kövsər" surəsini nazil edir və onun dediklərini inkar edir".
Vaqidinin nəql etdiyinə görə, Qasim vəfat edən zaman iki yaşı var imiş.
Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) yeddi övladı olmuşdur ki, onlardan üçü oğlan və dördü qız övladı olmuşdur. Onlardan birindən başqa, yəni İbrahimdən başqa qalanlarının anası Həzrət Xədicə (s.ə) olmuşdur. Həzrət Fatimədən (s.) savayı heç bir övladı sağ qalmamışdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
"Teşkilat"ın yayım tarixi bilindi
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





