Maraqlı

Evli kişilər niyə daha uzun ömürlü olurlar?

21 İyun 2022 23:35
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evli kişilər daha uzun ömürlü olurlar. Vəssalam. Biz artıq bilirik kişilər nədən ölür. Rəsmi aşıqlamaya görə subay kişilər 9 il 7 ay evli kişilərdən az yaşayır.

Riskli davranış
Hər zaman təmiz və deşiksiz corab çatışmamazlığından başqa kişinin qarşısında adətən daha ciddi problemlər dəyanır. Adətən gücülü cinsin nümayəndələrinin bir çoxu özlərinə sərhəd qoya bilmir. İdmanı, aktiv hərəkəti unudaraq içkiyə qurşanır, ondan daha çox həzz almağa başlayırlar. Qadınlarla təklikdə görüşə gələn zaman, gecə ərzində qəbul etdikləri normadan artıq içki gecə sonrası bəzən uğursuzluqla nəticələnə bilir ki, bu cür risklər nəticədə onlar üçün adi hala çevrilir.

Öz sağlamlığına diqqətsiz yanaşma
Milli.Az topmister.org-a istinadən bildirir ki, qadınları nə qədər kişiləri sıxmaqda iddiham etsələrdə, gəlin həqiqətin gözünə dik baxaq. Bir çox kişilər sağlamlıqlarının qeydinə qalmağı hem sevmirlər, həmdə bacarmırlar. Dişlərini illərlə müalicə etdirmirlər, həkimə yalnız ölüm ayağında olarkən gedirlər, bir çox xəstəlikləri isə yənədə spirtli içki ilə müalicə eməyə çalışırlar. Biz kişilər təəssüf ki, qadının nəzarəti altında həimə getməyə məcbur oluruq. Yanımızda qadın olmayanda isə, həkimə artıq müalicəsi olmayanda baş çəkiriq. Kafelərdə, fasfoodlarda yeməklərini isə ev yeməkləri ilə əvəz etməyə başlayırıq.

Azad sevginin fəsadları
Bir çox kişilər razılaşmaya bilər. Onların fikrincə subaylar az yaşasada maraqlı yaşayırlar. Həyatlarında yüngül yola gətirilməli çox qadınlar olur. Lakin, bu üstünlüklər təəsüfki cinsi yolla keçə bilən xəstəliklərə yoluxma risqini artırmış olur. Bəzən xəstəlik cinsi orqanla bərabər sümüklərə, gözlərə, nəfəs alma yollarına belə təsir göstərə bilir.

Evli kişilər daha uzun ömürlü olurlar

Anlayışın və dəstəyin olmaması
Nə desənizdə, yaşlanma dövründə insan az adama gərəkli olur. Cavanlara onlarla söhbətləşmək maraqsız, əyləncəsiz görünür. Ən azından ictimai nəqliyyatda və ya küşədə danışmaq istəyən, fikirlərini demək istəyən yaşlılarla qarşılaşmısınız. Bu səbəbdən də, bu cür insanlar adətətn ailə üzvləri arasında söhbət etməyə üstünlük verirlər.

Qulluq
Bir çox yaşlı kişilərin qulluğa ehtiyacı olur. İynə vurdurmaq, həb içmək və s. Bu əsasən ömürləri boyu qulluq görmüş kişilərə aidsir. Onlar bəzən məişət məsələlərində də əlacsız olurlar. Bu səbəbdən çox vaxt həyat yoldaşları onları diqqətdə saxlayır, ehtiyac olarsa həkimləri olurlar. Ən əsası isə bu xidmətlər ödənişsiz həyata keçirilir.

Bir sözlə hörmətli kişilər hər şey öz zamanında gözəl olur. Gənc subay dövrünüzdən doyasına zövq alın, ancaq evlənmək məsələlərini də unutmayın. Ən azından bu sizin ömrünüzü uzadar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.