Maraqlı

DÜNYAİNANILMAZ QADAĞA: pis geyinmiş turistləri qorxutmaq üçün...

18 İyun 2022 20:31
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Balear adalarının Palma de Mallorca şəhərindəki 11 restorandan ibarət qrup pis geyinmiş turistləri qorxutmaq üçün geyim kodu tətbiq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Palma Beach" qrupunun üzvü olan bütün restoranlar müştərilərin "Smart Chic" adlandırdıqları məcburi geyim kodunu skan edib yoxlaya bilmələri üçün QR kodları tətbiq ediblər.

Xüsusilə, bu geyim kodu köynək, çimərlik geyimi, karnaval kostyumları, eləcə də küçə satıcılarından alınan aksesuarlar, məsələn, günəş eynəyi, papaq və ya pariklə müəssisəyə daxil olmağı qadağan edir.

Həmçinin sərxoş turizmi təbliğ edən adalarda qızıl zəncir, papaq, köynək və ya başqa şirkətlərin loqoları olan paltar geyinən turistlər bu 11 restorana daxil ola bilməzlər.

Dres kodunun tətbiqi Balear adalarının təklif etdiyi turizm modelini dəyişdirmək üçün daha geniş cəhdin bir hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.