Maraqlı

Ərdoğanın kortejini saxladıb toya dəvət etdilər - FOTO

11 İyun 2022 08:12
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Elm, Texnologiya və Araşdırma Binasının Açılış Proqramında iştirak etmək üçün bu gün səhər saat 11:00 radələrində Kısıklıdakı iqamətgahından Boğaziçi Universiteti Kandilli Kampusuna yola düşüb. Bir müddət sonra kortej Küplüce səmtindəki Tomruk küçəsində dayanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, küçədə yeməkxana sahibi olan Saime və Adnan Yığcı cütlüyü Ərdoğanın kortejini saxladıb.

Bir müddət söhbət etdikdən sonra onlar Ərdoğanı ayın 26-da oğullarının toyuna dəvət ediblər.

"Yaxşı ki, korteji dayandırdım. Oğlumun bu ayın 26-da toyu olacaq. Onu toya dəvət etdim, dəvətnamə verdim. Bizi görəndə dayandı, söhbətləşdik, onu çox sevirəm. Ona telefonumu da yazdım, məmnuniyyətlə götürdü", - Saime Yığcı deyib.

"Hər zaman dayanır. Bəzən əlimizi qaldırsaq belə dayanır, bəzən öz-özünə dayanır. Problemlərimizi də dinləyir. Toy dəvətnaməmizi də verdik", - Adnan Yığcı əlavə edib.

Daha sonra Adnan Yığcı jurnalistlərə illər əvvəl Prezident Ərdoğanla çəkdirdiyi şəkli göstərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.