Ölümə bənzədilən həyat necə olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölüm - elə bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Ancaq bəzən insan dünyada elə yaşayır ki, hətta ölüdən də fərqlənmir.
Ölümə bənzədilən həyatlar:
1. Ölüm - quru cansızlıq kimidir. "Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır". ("Rum" 19).
2. Ölüm - unudulmaq deməkdir. "Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım". ("Məryəm" 23).
3. Ölüm, nadanlıq və mənəviyyatın aradan getməsi deməkdir. "Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir". ("Ənam" 122).
4. Ölüm - şiddətli qəm və qüssə deməkdir. "Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki, o, ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır". ("İbrahim" 17).
5. Ölüm - yuxuda olmaq kimidir. "Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir". ("Ənam" 60).
6. Ölümün həqiqətini görənlər yenə də qəflətdədirlər. "Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: "Allah bunları ölümlərindən sonra necə dirildəcək?!". Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: "(Burada) nə qədər qalmısan?". Dedi: "Bir gün, ya günün bir hissəsini (qalmışam)". Dedi: "Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük!
Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: "İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim)". ("Bəqərə" 259).
7. Qayıdışınız Ona tərəfdir, ancaq yenə də ayılmırsınız. "Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız". ("Bəqərə" 28).
İmam Sadiq (ə) nəql edir: "Bir nəfər Əbuzərin yanına gəlir və deyir: "Ey Əbuzər! Bizim niyə ölümdən xoşumuz gəlmir?". Deyir: "Çünki siz dünyanızı abad, axirətinizi xarab etmisiniz. Ona görə də abad evdən xarab evə köçməkdən xoşunuz gəlmir"".
İnsan necə yaşayarsa o cür də ölər. İslami təlimlərə əsasən, behişt və cəhənnəm insanın seyr etdiyi hər üç aləmdə: yəni dünyada, bərzəxdə və axirətdə də məna kəsb edər. Mömin insanlar dünyada da behiştdə yaşayarlar. Haqqı inkar edənlər və kafirlər dünyada da cəhənnəmdə yaşayarlar. Ona görə də bərzəx aləmi möminlər üçün behişt bağları, kafirlər üçün cəhənnəm quyuları olar.
Əgər insan bu dünyada ölümü yada salsa və özünü ona hazır etsə, o zaman həyatda da diri kimi yaşayar, kafirlər kimi ölü olaraq deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
XƏBƏR LENTİ
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Bakı metrosunda yenilik: Lift olacaq
-
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?





