Maraqlı

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - RESEPT

16 May 2022 22:30
0 Şərh     Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti yay günlərində, xüsusilə gecələri insanlara çətin anlar yaşadan ağcaqanadlardan hazırlayacağınız qarışıq ilə xilas ola bilərsiniz.

Bakutibb xəbər verir ki, təbii vəsaitlərlə hazırlayacağınız yağ qarışığı, zəhərli kimyəvi maddələrlə nisbətdə daha sağlam bir həll olacaq.

Hazırlanması olduqca asan olan qarışıq üçün sadə vəsaitlər istifadə edəcəksiniz:

* Boş bir şüşə

* Bir stəkan qədər saf ya da qaynadılmış su

* 1 çay qaşığı karbonat

* Üzvi bitki mənşəli yağlar: qərənfil yağı, çay ağacı yağı, evkalipt yağı, lavanda yağı ya da nanə yağı.

Qaynayan suyunuzun içinə karbonatı əlavə edin. Yağlardan 40-50 damla qədər suya damladın. İstədiyiniz qoxunu daha çox qoya bilərsiniz. Qəti bir ölçü olmadığı üçün bu nisbəti siz də təyin edə bilərsiniz.

Asan qarışıqdan sonra şüşəni yaxşıca çalxalayın. Hazır hala gələn qarışığı artıq göz və ağız ətrafına diqqət edərək istifadə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.