Maraqlı

Koronavirusun daha təhlükəli variant ilə toqquşa bilərik - Bill Qeyts

7 May 2022 21:05
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder Bill Qeyts koronavirusun hələ də daha təhlükəli, yoluxucu ştamlarının yaranması riskinin qaldığını bildirib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, o, "Financial Times" nəşrinə verdiyi müsahibəsində koronavirusun ölümcül variantı ilə toqquşacağımız riskinin aradan getmədiyini bildirib.

"Yeni təhlükəli mutasiya yaranması az da olsa var, heç kim pandemiyanı tam istisna edə bilməz.

Buna görə də dövlətlər, hökumətlər səhiyyənin təşkilini yüksək səviyyədə qurmalı, pandemiyalara qarşı səfərbər olmalı, maliyyələşməni artırmalıdırlar. Dərmanlar, vaksinlər üzrə elmi işlər ciddi maliyyə yardımı almalıdır.

Omikrondan sonra koronavirusun evolyusiyası gözlənilir", - deyə Qeyts əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.