Yersiz danışmağın vurduğu ən az ziyan – ömrün zay edilməsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan - ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir.
İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir.
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla eyni səviyyədə olan insandır.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər. Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi olan insan, heç üzr istəmək durumunda belə, olmaz.
4. Dil günahları üçün zəminə olar. Yersiz sözlər dil günahları üçün zəminə hazır edər. Danışmağa olan bu meyl insanı qeybətə, töhmətə, böhtana tərəf çəkər.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, çoxlu danışar - xatası çox olar. O kəsin ki, xatası çox olar - yersiz işləri artar. O kəsin ki, yersiz işləri çox olar - yalanı artar. O kəsin ki, yalanı çox olar - günahı çox olar".
5. İlahi rəhmətdən uzaqlaşar. Yersiz danışmaq insanı İlahi rəhmətindən uzaqlaşdırar. Həzrət Peyğəmbər (s) merac hədisində buyurur: "Cəhənnəmin beşinci qapısında yazılmışdı: "O şey ki, işinə yaramır, çoxlu danışma ki, İlahi rəhmətdən enərsən (uzaq olarsan)"".
6. Faydalı işləri əldən vermək. O zaman ki, insan yersiz işlərlə məşğul olar, faydalı olan işləri əldən verər. İmam Əli (ə) buyurur: "O kəs ki, özünü işinə yaramayan şeylə məşğul edər, o şey ki, işinə yarayar - onu əldən verər".
7. Ağılı zay olar. Ağıl insanı kamala tərəf sövq edər. Faydasız işlərlə məşğul olmaq ağılın məhv olmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Ağılların zay olması yersiz işlərin axtarışına görədir".
8. Qəlb qəsavəti. Allahdan uzaq olmaq qəlbi qəsavətli edər. Həzrət Peyğəmbər (s) buyurur: "Allahı yada salmayan sözləri çox danışmayın. Həqiqətən Allahdan qeyrisi haqqında olan çox söz, ürəyi sərtləşdirər. Allahdan ən uzaq insan - ürəyi daş olan insandır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
-
Əməliyyatdan sonra Kəmalə Günəşlinin səhhətində problem yarandı: "Boğuluram" - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan Kubokunun final oyununun tarixi açıqlanıb
-
Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb
-
Flora Kərimovanın son durumu açıqlandı
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)
-
Ermənilər “İran malı” adıyla Rusiyanı aldatdılar?
-
Dünya çempionatının finalı təxirə salına bilər
-
ABŞ-də dəhşət: 15 yaşlı qız beş qohumunun ölümündə şübhəli bilinir - (Foto)
-
Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək
-
Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb
-
Vüsalə "İncə səhər"dən getdi
-
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
-
DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı
-
ADY qida məhsullarının daşınmasını 35 faiz artırıb
-
Ceyhun Bayramov Lavrovla görüşdü
-
Sağdan ötməyə hansı hallarda icazə verilir?
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
-
Quzu əti bahalaşıb: Qiymətlər 25 manata çatır





