Elə yalan var ki, Allah bəyənir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s.
Yalançı insan qarşısındakını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.
Yalanın növləri:
- Ciddi deyilən yalan ki, haramdır.
- Zarafatla deyilən yalan ki, iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Sadəlövh bir insana yalan demək kimi.
İmam Sadiq (ə) buyurur: "İnsanların uzun səcdə və rükusuna baxmayın, çünki ola bilər ki, adətləri olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Onların düz danışmağına və əmanətdarlığına nəzər salın". Yəni, düz danışmaq və əmanətdarlıq imanın meyarıdır.
İmam Baqir (ə) buyurur: "Allah Təala hər bir şər və pislik üçün qıfıl qərar vermişdir ki, o qıfılın açarı - şərabdır. Yalan şərabdan da pisdir".
Yalanın vurduğu ən böyük zərbə odur ki, insanların etimadını aradan aparar. Ancaq bəzən insan təhlükə qarşısında qalanda və ya möminlərin arasını düzəltmək istəyən zaman, ya da ölkəsinə düşmənlərin hücumunun qarşısını almaq üçün yalan danışa bilər.
Çünki bu yalan böyük ziyanların qarşısını alacaqdır. Və ya bir insanı ölümdən xilas edəcəkdir. Ya möminlərin arasını düzəldəcəkdir. Lakin bu, o zaman ola bilər ki, başqa yol olmaz. Əgər başqa yol varsa, yalan danışmaq bəyənilməyən əməllərdən olar.
İmam Rza (ə) buyurur: "Həqiqətən əgər bir şəxs mömin qardaşı barəsində düzünü desə və bu sözü ilə onu giriftar etsə, Allah yanında yalançılardan olar. Həqiqətən əgər bir şəxs mömin qardaşı barəsində yalan deyər və bu yalanı ilə ziyanı ondan dəf edərsə, Allah yanında düz danışandır".
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü hər bir yalan hesaba çəkilər. Məgər üç haldan başqa: biri odur ki, şəxs döyüş zamanı (düşməni) aldadar. Bu yalan ondan götürülər...".
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyət edir: "Həqiqətən Allah məsləhət və xeyir olan yalanı sevir. Ardınca fəsad olan düz danışmaqdan nifrət edir".
Allah Təala bizləri düzdanışanlardan qərar versin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)





