Maraqlı

Ömrü uzatmaq üçün ƏN SADƏ ÜSUL

3 May 2022 22:15
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər ömrü uzatmaq üçün ən sadə üsulu açıqlayıb.

Merilend ştatındakı Milli Sağlamlıq İnstitutunun (National Institutes of Health in Maryland) əməkdaşları 5000 insan üzərində araşdırma aparıblar. Nəticədə alimlər belə qənaətə gəliblər ki, gün ərzində cəmi 10 dəqiqə ərzində piyada gəzmək illik ölüm nisbətini 7%, 20 dəqiqə - 13% və yarım saat ərzində - 17% azaldır.

Saglamolun.az MedikForum-a istinadla bildirir ki, eksperimentdə 40-85 yaş arası insanlar iştirak edirdi.

Alimlərin sözlərinə görə, gündəlik piyada gəzintilər və ya velosiped sürmək həm fiziki, həm də psixi sağlamlıq üçün olduqca faydalıdır. Bu təzyiq və nəbzi tənzimləyir, qanda şəkəri və xolesterini salır, stress hormonlarının səviyyəsini azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory