Maraqlı

Ağstafada 7 qardaş bir gündə sünnət edildi - VİDEO

15 Aprel 2022 14:16
1 Şərh     Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada yeddi qardaşa eyni gündə sünnət olunub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, maraqlı anlar Məmmədovlar ailəsində yaşanıb.

Valideynləri deyirlər ki, övladlarının hamısının eyni vaxtda sünnət edilməsi onların arzuları olub. Artıq həmin istəklərinə çatıblar. Sünnət edilən oğlan uşaqlarından ən böyüyü 13 yaşındadır. 7 qardaşın son beşiyi isə 1 il qabaq dünyaya gəlib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə yolu ilə edilən sünnət 4 saat çəkib.

Əməliyyatan bir qədər sonra vəziyyətləri qənaətbəxş olduğuna görə uşaqlar evə buraxılıblar.

Milli.Az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.