Maraqlı

Qaraciyəri təmizləyən - Qanqal bitkisi çayı

12 Aprel 2022 22:05
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.
Bundan əlavə qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.

Arıqlamaq üçün qanqal çayı istifadə olunur. Çayın dadını və faydasını yaxşılaşdırmaq üçün ona nanə yarpaqları da əlavə olunur.
Arıqladan qanqal çayının hazırlanması:
1 ç.q. qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs - 10 gün.
Nəzərə almaq lazımdır ki, bəzi insanlara belə çay ziyan vura bilə. Belə ki, xrokini mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.