Maraqlı

Gecələr yata bilmirsinizsə, bu çaylardan için

10 Aprel 2022 12:45
0 Şərh     Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gün ərzində keçirdiyiniz stress, yaşadığınız hadisələr və əsəb rahat yatmağınıza mane olur. Gecə yerinizə girəndə beyninizi sakitləşdirib, tez yuxuya getmək sizin üçün problem olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, psixoloqlar yatmazdan əvvəl sakitləşdirici bitki çayları içməyi məsləhət görür.

Əsəb sakitləşdirən çaylar arasında ilk sıada çobanyastığı dayanır. Stressdən xilas edir, bədəni rahatladır, gərginliyi aradan qaldırır. Bu çayı içən şəxsin qısa zaman sonra yuxusu gələcək.

Melissa çayı depressiyada olanlara məsləhət görülür. Əhvalı yüksəldir, beyni sakitləşdirir. Gündə 3 dəfə bu bitkidən dəmlədiyiniz çayı içə bilərsiniz. Beyninizdə yaranan qarışıq fikirləri aradan qaldıracaq.

Bibəriyə çayı da yuxusuzluq problemini aradan qaldıracaq. Başınız ağrısa, bədəninizdə yorğunluq varsa, çaydan için. Beyində qan dövranını yaxşılaşdırır.

Adaçayı ağır iş rejimi olanlar üçün ən gözəl məlhəmdir. Zehni açır, stressi aradan qaldırır. Növbəti günə daha rahat oyanmaq üçün adaçayı için.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.