Maraqlı

Bahalı balıq yağını bu 2 ərzaqla əvəz edin

26 Mart 2022 19:05
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omeqa 3 yağ turşusu daha çox dəniz, okean balıqlarında olur. Bu turşu ürək, damar, gözlər, beyin üçün vacibdir.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, əgər balıq və dəniz məhsulu yoxdursa, o zaman Omeqa 3-ü 2 sadə və ucuz qidadan əldə etmək olar.
Bu nəticəyə Pensilvaniya və Barselona universitetinin alimləri gəlib.

Onlar bildirir ki, qoz, kətan toxumu, çia toxumu, günəbaxan alfa-lipoen turşusu ilə zəngindir ki, bu da Omeqa 3- sinfinə aiddir.
Bu maddələr orqanizmdə öz-özünə sintez olunmur, yalnız qida ilə alınmalıdır.

Alimlər elmi tədqiqatda sübut ediblər ki, alfa-linolen turşusu ilə zəngin toxumlar ürək, beyin xəstəliklərindən ölüm riskini 20% azaldır.
Eləcə də bu qidalar iltihab əleyhinə təsir edir, pis xolesterini azaldlr, arterial təzyiqi normallaşdırır, metobolik sindromun qarşısını alır, diabet və beyin pozulmalarına yaxşı təsir edir.

Ona görə də heç balıq yeməyənlər heç olmasa qoz, kətan və çia toxumunu sutkada bir dəfə qəbul etsinlər.

Sutkalıq norması 14 qram qoz ya da bir çay qaşığı kətan toxumu və ya yağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.