Maraqlı

Oyuncaq istehsalçısı Ayın tədqiqi üçün mini robot yaradıb

17 Mart 2022 09:30
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada oyuncaq istehsalçısı "Takara Tomy" Ayı tədqiq etmək üçün mini-robot yaradıb.

Bu məqsədlə şirkət Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə əməkdaşlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlər təxminən altı ildir ki, layihə üzərində çalışırlar. Ən kiçik robotun diametri cəmi səkkiz santimetr, çəkisi isə 250 qramdır.

Uçuş zamanı robot yığcam top şəklini alacaq və Aya çatdıqdan sonra o, iki təkərli vasitəyə çevrilərək Ayın səthində sərbəst hərəkət edə biləcək.

Bundan əlavə, kameralarla təchiz olunan robot bir neçə saatdan bir görüntüləri Yerə ötürəcək.

Gələn ilin aprelində başlayaraq 2023-cü maliyyə ili ərzində kosmosa sözügedən robotlarla birlikdə iki raketin göndərilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.