Maraqlı

Yüksək təzyiqi salan 10 ən yaxşı ərzaq

26 Fevral 2022 23:05
0 Şərh     Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüksək təzyiqi olan xəstənin gündəlik qidası onun arterial təzyiqinə birbaşa təsir edir. Onlar yeməklərini ciddi seçməlidir.

Həqiqətən də təzyiqi salan və yüksəlməsinə qarşı ərzaqlar var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, nutrisioloq İrina Yeşenko təzyiqi salan ərzaqların ən yaxşılarını açıqlayıb.

Gün ərzində təzyiqin qalxmasını istəməyənlər rasiona bolluca sitrus meyvələri - limon, portağal, narıngi, kivi daxil etməlidir.

Eləcə də duzsuz düyü, süd, təbii yoqurt, üzüm, quru ərik, yulaf yarması, treska balığı, şirin kartof da yüksək təzyiqi salır.

Təzyiqi olanlar konserv məhsulları, şoraba, duz, şirniyyat, yağlı qidalardan və qəhvədən uzaq durmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.