Maraqlı

Türkiyəli nazir xanımının bu FOTOsu müzakirə yaratdı

26 Fevral 2022 04:31
0 Şərh     Baxış: 2 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun həyat yoldaşı Pervin Ersoyun Kahramanmaraş Dulkadiroğlu bələdiyyə başçısı Necati Okayın dəvəti ilə tarixi Bahtiyar Yokuşunu ziyarəti vaxtı çanta və çətirini qadın polisə daşıtması müzakirələrə səbəb olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Pervin Ersoy bunu əks etdirən fotonu instaqram hesabında paylaşsa da, sonradan silib.

Buna səbəb onun ünvanına yazılan tənqidi fikirlər olub. Ersoy onların bəzilərinə cavab da verib.

Qeyd edək ki, P. Ersoyun polisə daşıtdığı "Chanel" markalı çantanın qiyməti 15 136 AZN təşkil edir.

Xatırladaq ki, P. Ersoy 2019-cu ildə evindəki işçisinə əlini öpdürüb 100 dollar verdiyi fotonu instaqram hesabında paylaşmış və tənqid olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.