Maraqlı

Ölüm anında son 15 dəqiqədə insan beynində nə baş verir?

24 Fevral 2022 23:25
0 Şərh     Baxış: 2 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölüm anında insan orqanizmində baş verən hadisələr elmin ən çox maraqlandığı mövzular sırasındadır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər ilk dəfə ölüm ayağında olan insanın beyninin fəaliyyətini qeydə alıblar. Belə ki, elm adamları 87 yaşlı epilepsiya xəstəsinin infarktdan sonra ölüm anında qeydə alınan Elektroensefaloqrafiya (EEQ) sayəsində beyin fəaliyyətini araşdırıblar.
Dünyasını dəyişən şəxsin beyin fəaliyyəti 15 dəqiqə davam edib. Alimlər müəyyən ediblər ki, ölən insanın beyin funksiyaları insan beyni ilə eyni fəaliyyətlə məşğul olur və onlar "yuxuda görən, keçmişi xatırlayan və ya meditasiya edir"miş kimi anlar yaşayırlar.

Araşdırma qrupundan Dr. Ajmal Zemmar, ölümdən əvvəl beynin insan həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya biləcəyinə diqqət çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.