Maraqlı

Maskalara nə vaxt əlvida deyəcəyik? - Baş infeksionistdən cavab

24 Fevral 2022 21:25
0 Şərh     Baxış: 1 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda epidemioloji durum qənaətbəxşdir, son günlər pozitiv dinamika izlənilir. Yəni, yoluxma hallarının sayında, əhalinin test olunmaq üçün müraciətlərində azalma qeyd olunur, sağalan xəstələrin sayı yeni yoluxanları üstələyir, yəni biz hazırda dalğanın enişindəyik. Görülmüş kompleks tədbirlər nəticəsində "omikron" ştamının yayılma sürəti səngiyib, ambulator müəssisələrin iş yükü artsa da, stasionarların izafi yüklənməsi baş verməyib. Kritik xəstələrin sayı və ölüm göstəricisi əvvəlki dalğalarla müqayisədə aşağıdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
"Mütəxəssislər hesab edirlər ki, "omikron" ştamının hegemonluğu dövründə populyasion immunitetin əldə olunması üçün əhalinin 80 faizdən çox hissəsində peyvənd və ya təbii yolla qoruyuculuğun formalaşması tələb olunur.

Ölkəmizdə hələ ki, bu hədəflərə çatmamışıq. Ona görə də maska qadağasının qapalı məkanlarda aradan qaldırılması qərarının zamana ehtiyacı var.
Çox güman ki, pandemiya davam etdikcə vaksinasiya aktual olaraq qalacaq. Pandemiya bitdikdən sonra isə mövsümlə əlaqədar peyvəndləmənin tövsiyə olunması düşünülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.