Maraqlı

Gənclərdə rast gəlinən bu xəstəliklər Alsgeymer və demensiyaya – səbəb olacaq

19 Fevral 2022 22:05
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı kardioloqlar gənc insanlarda rast gəlinən bir sıra xroniki və müasir xəstəliklərin yaşlandıqda demensiyaya gətirib çıxaracağını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu səbəblər içində birinci yeri yüksək təzyiq tutur.

Elmi tədqiqat hələ 30 il əvvəl başlayıb.Təcrübədə 20-40 yaş arası 152 nəfər iştirak edib.
Alimlər onların beynini MRT vasitəsilə müayinə ediblər. Birinci MRT 25-30 yaşında, ikincisi 50-55 yaşlarında aparılıb.

Bu illər ərzində bəzi iştirakçıların beynində izlənilə bilən dəyişikliklər baş verib.

Patologiyaya səbəb kimi yüksək təzyiq, yüksək xolesterin, eləcə də siqaret, içki, piylənmə göstərilib.

Bu faktorları olan insanlarda orta yaşda beynin koqnitiv funksiyalarında geriləmə baş verib. Ən ciddi təsir yüksək təzyiq olub.

Belə ki, gəncliyindən təzyiqi yüksək olanlarda demensiya simptomları daha erkən görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.