Maraqlı

Boğazda ilişmiş balıq sümüyü xərçəngə səbəb ola bilər

26 Fevral 2022 08:25
0 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adi balıq sümüyü insanın ölümünə səbəb ola bilər. Saglamolun.az mk.ru-ya istinadla bildirir ki, bu haqda professor Maksim Loxmatov xəbərdarlıq edib.

Həkim bildirib ki, boğazda ilişmiş sümüyü ev şəraitində çıxartmaq olmaz, mütəxəssisə müraciət etmək lazımdır. Adətən belə hallarda "su iç" və ya "bir az çörək ye" kimi məsləhətlər verirlər. Lakin çörək sümüyün daha da dərin keçməsinə səbəb ola bilər ki, bu yerdə iltihab yaranacaq. Sümük boğazdan keçsə də mədə, qida borusu, nəfəs yollarında ilişib qala bilər. Bu isə daha da təhlükəlidir ki, xərçəngin inkişafına səbəb ola bilər.

Həkim bildirib ki, mədədə ilişmiş balıq sümüyü "saat bombası" kimidir.  

Belə ki, Yaponiyada mədə-bağırsaq sistemi xəsrçəngi çox yayılıb və bunun əsas səbəblərindən biri məhz balıqla zəngin olan qidalanma sayılır. Riskləri azaltmaq üçün Yaponiya sakinləri hətta profilkatik məqsədlərlə vaxtaşırı olaraq mədə endoskopiyası müayinəsindən keçirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.