Maraqlı

Bu qan qrupu olanlar koronavirusu daha yüngül keçirirlər

17 Fevral 2022 04:03
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus yeni virus deyil. Lakin pandemiyaya qədər bu virus özünü yalnız yüngül soyuqdəymə simptomları ilə büruzə verirdi.

Koronavirus bir çox digər respirator viruslar kimi mutasiyalara uğrayır (dəyişilir). Növbəti belə mutasiyanın nəticəsində onun yeni təhlükəli ştamı (növü) - COVID-19 əmələ gəlib. Məhz bu səbəbdən koronavirusu bəzən "yeni" adlandırırlar.

Mütəxəssislər COVID-19-u təzə-təzə öyrənirlər və hər dəfə bu virusun yeni xüsusiyyətlərini aşkar edirlər.

Belə ki, son məlumatlara görə, II-ci qan qrupu olan insanlar koronavirusa daha tez-tez yoluxur və onu daha ağır keşirirlər. Saglamolun.az bildirir ki, bu haqda The New England Journal of Medicine nəşri xəbər verir.

Əksinə isə 1-ci qan qrupu olanlar daha tez-tez koronavirusun simptomsuz daşıyıcıları olur və ya virusu yüngül formada keçirirlər.

Bu nəticələrə Almaniya, ABŞ, İran və Çin mütəxəssisləri gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.