Maraqlı

Nə üçün yatmazdan əvvəl ÇAY İÇMƏK OLMAZ

15 Fevral 2022 22:45
0 Şərh     Baxış: 1 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay çox faydalı içkidir. Lakin çaydan fayda almaq üçün onu düzgün dəmləmək və içmək lazımdır.

Bir çox mütəxəssislər yatmazdan əvvəl çay içməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var. Saglamolun.az sizə bu səbəbləri təqdim edir:

1. Tərkibində kofein olan çay sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bu da yuxuya getməyə mane olacaq.

2. Çay sidkqovucu təsirə malikdir ki, bu da yaxşı gecə yxusuna mane ola bilər.

3. Yuxu zamanı insan orqanizmində susuzlaşma inkişaf edir. Məhz bu səbəbdən mütəxəssislər səhər oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edirlər. Sidikqovucu təsiri olan çay susuzlaşmanı daha da artıracaq. Susuzlaşma orqanizm üçün çox ziyanlıdır - qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski artır və s.

Alimlərin fikrinə görə, yatmazdan 30-40 dəqiqə əvvəl 1 stəkan su içmək lazımdır. Bu sadə qayda ürək tutması, infarkt və insultun riskini azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.