Maraqlı

Depressiya 22 XƏSTƏLİYƏ səbəb olur

13 Fevral 2022 07:41
0 Şərh     Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Avstraliya Universitetinin nəzdində olan dəqiq sağlamlıq mərkəzinin alimləri depressiyanın 22 müxtəlif xəstəliyə səbəb olduğunu müəyyən ediblər.

Oxu.az bildirir ki, bu barədə qurumun saytında məlumat verilir.

Qeyd edildiyi kimi, depressiv pozğunluq ürəyin işemik xəstəliyi, astma, ezofagit, qastroenterit və sidik sisteminin pozğunluğuna səbəb olur. Mütəxəssislər belə bir nəticəyə genetik analizin (MR-Phevas-analiz)  köməyi ilə 337 536 nəfərin məlumatlarının öyrənilməsi zamanı gəliblər.

Depressiyanın nəticələrini azaltmaq üçün həkimlər qidalanmağa böyük diqqət ayırmağı və ümumiyyətlə sağlam həyat tərzinə riayət etməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory