Maraqlı

Daha gözəl görünmək istədi, az qaldı dodağı çürüsün - FOTO

28 Yanvar 2022 14:04
2 Şərh     Baxış: 1 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı qadın kosmetoloq bacarıqsızlığının qurbanı olub. Belə ki, dodağını daha həcmli görünməsini istəyən Çandra Mortonun dodağı əvəzinə arteriyasına dolğu vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı qadının sözlərinə görə, dodaqlarının formasını çoxdan dəyişdirmək istəyib. Dostlarının bir çoxunun müvafiq prosedurdan uğurla keçdiyi üçün o, tərəddüdsüz kosmetoloqa yollanıb. Ancaq prosedur bitdikdən az sonra onun dodaqları hissizləşib və ağarıb.

Bundan əlavə, qadının üzü qabarcıqlarla örtülüb və şiddətli ağrı hiss edib. Morton xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb. Burda isə dəhşətli həqiqət ortaya çıxıb.

Vaxtında müdaxilə sayəsində qadın artıq sağalmağa başlayıb. Lakin həkimlərin fikrincə,  Morton bir az gec kömək istəsəydi, onun dodağı nekroz səbəbindən düşə bilərdi.

"Mən bunu bir daha heç vaxt etməyəcəyəm",- deyə qurban bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.