Maraqlı

Saçları sabunla yumaq olarmı? Mütəxəssis rəyi

13 Yanvar 2022 22:15
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu sual bir çox insanı maraqlandırıq. Bəzilər belə hesab edir ki, sabun saçları daha yaxşı təmizləyir, yumşaq və qalın edir.

Lakin ekspertlərin fikrinə görə, sabun saçları yumaq üçün heç də yaxşı seçim deyil. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, sabun saçları və saç dərisini qurudur  və bu da saçların vəziyyətinə yaxşı təsir etmir. Həmçinin sabun çətinliklə yuyulur və saçların üzərində sanki tutqun qat qalır, ki bu da saçların görünüşünü korlayır.

Kimsə deyə bilər ki, keçmişdə nənələrimiz saçlarını yalnız sabunla yuyurdu, ancaq onların saçları indiki qadınların saçlarından qat-qat daha sağlam və qalın idi.

Burada bir neçə məqam var. İlk növbədə nənələrimiz daha ekoloji təmiz şəraitdə yaşayırdı, həm də o vaxt sabun təbii xammaldan istehsal olunurdu, müasir sabun isə sırf kimyəvi məhsuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.