Maraqlı

Azərbaycanlı milyarder 226 milyon itirib

30 Dekabr 2021 18:36
0 Şərh     Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nüfuzlu "Forbes" jurnalında 2021-ci ilin ən kasıb Rusiya milyarderlərinin reytinqini dərc edilib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, "Crocus Group"un prezidenti Araz Ağalarov bu reytinqdə 10-cu yerdədir.

Onun sərvəti 226 milyon dollar azalaraq dekabrın 20-nə 1,451 milyard dollar təşkil edir.

Nəşr A.Ağalarovun şirkətinə "Crocus City Hall" və "Vegas" konsert salonları, sərgi kompleksi, ticarət mərkəzləri, idman və əyləncə obyektləri, "Jara" holdinqinin daxil olduğunu qeyd edir.

A. Ağalarovun özünün dediyinə görə, ticarət mərkəzlərinə gediş-gəliş 20-30% azalıb, yalnız 2021-ci ilin oktyabr ayının sonunda qeyri-iş günlərində şirkət iki həftə ərzində 250 milyon rubl itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.