Maraqlı

Bizim ölkədə koronavirus yoxdur - Türkmənistan prezidenti

23 Dekabr 2021 21:35
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə COVID-19 pandemiyası ilə əlaqədar "profilaktik tədbirlərin gücləndirilməsi" barədə göstəriş verib.

Eyni zamanda, dövlət başçısı əmin edib ki, ölkədə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb.
Berdiməhəmmədov qeyd edib ki, bu nəticə aparılan "genişmiqyaslı işlər" sayəsində mümkün olub. Eyni zamanda, o əlavə edib ki, koronavirusun "Omikron" ştammının yaranması ilə əlaqədar ölkə əhalisi arxayınlaşmamalıdır.

Xatırladaq ki, 2021-ci ilin iyulun əvvəlində Türkmənistanda 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd olunma kampaniyasına start verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.