Maraqlı

ÜST Afrikadakı müəmmalı xəstəliyə görə hərəkətə keçdi

21 Dekabr 2021 21:35
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Sudanın Səhiyyə Nazirliyi 89 nəfərin naməlum xəstəlikdən öldüyünü açıqlayıb. Son zamanlar daşqınlar səbəbilə ciddi sağlamlıq böhranı yaşayan Cənubi Sudandan gələn xəbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini cəlb edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ÜST bu məqsədlə ölkəyə bir araşdırma qrupu göndərib. Müəmmalı xəstəliyin mənbəyinə gedən ÜST alimləri ölkənin şimalındakı Fanqak şəhərindən nümunələr toplayıblar.
"Biz təcili yardım qrupu göndərdik və risklərin idarə edilməsini həyata keçirərək araşdırmaları dərinləşdirdik. Komandalar sellə əlaqədar helikopterlə bölgəyə gedib və nümunələr götürüblər", - deyə ÜST nümayəndəsi Şeyla Baya bildirib.

Britaniya mediası BBC xəbər verib ki, nümunələr tədqiq edilib və müəmmalı xəstəliyin vəba olmadığı təsdiqlənib.

Səlahiyyətlilər insanların xəstəliklə yanaşı aclıq səbəbindən də çətin vəziyyətə düşdüyünü açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.