Maraqlı

İslam ölkəsində Yeni il qadağası: Komendant saatı tətbiq olunacaq

21 Dekabr 2021 13:36
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeşdə koronavirusla mübarizə çərçivəsində 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 1-nə keçən gecə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli hökumətin qəbul etdiyi qərarda bildirilir.

Qərara əsasən, dekabrın 31-də ölkədə bütün restoran və kafelər saat 23:30-da bağlanacaq. 

Yenil il gecəsi, həmçinin, otellərdə və turizm müəssisələrində də şənliklərin, xüsusi proqramların təşkilinə qadağa qoyulacaq.

Yanvarın 1-də isə saat 00:00-dan 06:00-a kimi komendant saatı qüvvədə olacaq.

Qeyd edək ki, Mərakeş səlahiyyətliləri pandemiyaya qarşı mübarizə və vətəndaşların sağlamlığının qorunması məqsədilə, xüsusən də Omicron ştamının Avropa və Afrikada sürətlə yayılması səbəbindən 31 dekabr 2021-ci il tarixinədək bütün birbaşa sərnişin reyslərini dayandırıb. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.