Maraqlı

Ən yaxşı səhər yeməyinin sağlamlıq üçün 7 faydası

18 Dekabr 2021 20:45
0 Şərh     Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyetoqlar və həkimlərin ümumi fikrinə görə, ən faydalı səhər yeməyi yulaf yarması sıyığıdır.

Saglamolun.az bildirir ki, hər səhər 1 boşqab yulaf yarması sıyığını yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.

Bu sıyığı faydalı və müalicəvi xüsusiyyətləri arasında:

- qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun əmələ gəlməsinin qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbi sayılır.

- stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir.

- tez toxluq hissi yaradır. Sübut olunub ki, səhər yeməyi zamanı yulaf yarması sıyığını yeyən insan nahar zamanı daha az yemək yeyir. Bu isə arıqlamağa kömək edir.

- mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, həzm prosesləri yaxşılaşdırır. Mədədə kiçik xoraların və eroziyaların sağalmasını sürətləndirir.

- saç, dırnaq və dərinin vəziyyətini yaxşılaşdırır.

- orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır metalların duzları və s.) təmizləyir.

- qəbizlik zamanı çox yaxşı kömək edir.

Suda bişirilmiş yulaf yarması daha faydalı sayılır. Sıyığa yağ, quru və ya təzə meyvələr, şəkər tozu, bal, ədviyyatları (darçın, vanil, sarıkök, zəncəfil) əlavə etmək yaxşıdır. Arıqlamaq istəyirsinizsə, sıyığa heç nə əlavə etməyin (ədviyyatları əlavə etmək olar).

Yulaf yarması yulaf yarması lopalarından (gerkules kimi) daha faydalıdır. Bu səbəbdən yarmadan istifadə etmək daha yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory