Hadisə

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

21 Oktyabr 2021 15:44
0 Şərh     Baxış: 5 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.