Hadisə

Bakıda translar polis bölməsinə hücum etdi

20 Oktyabr 2021 15:54
0 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilir ki, iki nəfər Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinə hücum edib. Onlar Əli və Zaur adlı trans olublar.

Həmin şəxslər dava salıblar və ictimai asayişi kobud şəkildə pozublar.

Hadisə barədə ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

"Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Və digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır", - deyə Elşad Hacıyev bildirib.

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.