Hadisə

Zaqatalada da 3 nəfər göbələkdən zəhərləndi

20 Oktyabr 2021 10:42
0 Şərh     Baxış: 826

Azərbaycanda son sutkada ikinci dəfə göbələkdən zəhərlənmə hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakinləri - Mahir Kələşov, onun həyat yoldaşı Leyla Kələşova və övladları Məhəmməd Kələşov Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların göbələk yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildikləri bildirilir. Məlumata görə, hazırda müalicəsi davam edən ailə üzvlərinin vəziyyətləri stabildir.

Qeyd edək ki, ötən axşam Qaxda da göbələkdən bir ailənin üzvləri zəhərlənmiş, iki azyaşlı uşaq dünyasını dəyişmişdi.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.