Hadisə

Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - YENİLƏNİB - VİDEO

12 Sentyabr 2025 21:22
Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

21:22

Bakıda 170 nömrəli avtobusun qəzaya düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.

Daşıyıcı şirkətdən Milli.Az-a bildirilib ki, ilkin məlumata görə, hadisə avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub. Belə ki, avtobus saatda 25-30 kilometr sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Sürücü toqquşmadan yayınmaq üçün avtobusu sağa çəkib və beton bardürə toxunub. Nəticədə avtobusun salonunda olan sərnişinlərdən bir neçəsi yıxılaraq yüngül xəsarət olıb, onlara tibbi yardım göstərilib.


----------
21:15

12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

---------
20:10

170 nömrəli avtobus qəzaya düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocasən yolunda qeydə alınıb.

Belə ki, qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə paytaxt ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.