BNA dəhşətli qəza ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün səhər saatlarında hava limanı - Mərdəkan yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə qəza baş verən vaxt avtobus dayanacaqdan kənar saxlamaq istəyib.
Yayılan məlumatlara aydınlıq gətirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, ümumilikdə müntəzəm marşrut xətləri üzrə avtobuslar təyin edilən qrafik üzrə hərəkətdə olan zaman müəyyən olunan dayanacaq məntəqələrində hökmən dayanmalıdır:
"Sərnişinlərin mindirilib-düşürülməsi də dayanacaq məntəqələrində olmalıdır. Təhlillərə əsasən qeyd edim ki, bu gün daha çox nağd ödəniş sistemində olan xətlər üzrə avtobusların dayanacaqdan kənar saxlaması hallarına rast gəlinir. Bunun özü sərnişindaşımalarda nağdsız ödənişin tətbiqinin vacibliyini göstərir. Həmçinin, bildirim ki, dayanacaqdan kənarda saxlama halları tərəfimizdən aşkarlandıqdan İXM-nə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilir.
Konkret bu qəzada isə yayılan videodan da aydın görünür ki, avtobus normal zolaq üzrə hərəkətdə olan zaman arxadan yük avtomobili ona çırpılır. İnsanların köşkün qarşısında toplanması o demək deyil ki, avtobus da məhz köşkün yanında saxlayacaqdı. Biz dəfələrlə şahidi olmuşuq ki, sərnişinlər dayanacaqdan aralı dayanır amma avtobus buna baxmayaraq onun üçün təyin olunmuş məntəqəyə daxil olur".
Qeyd edək ki, dünən səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
XƏBƏR LENTİ
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal





