Hadisə

Polis Cəlilabadda "COVİD-19"a qarşı nəzarət tədbirlərini gücləndirdi - FOTO

19 Avqust 2021 15:16
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Bir daha izah edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.