Rusiya Liberal Demokrat Partiyası (LDPR) Rusiyaya daxil olan bütün əmək miqrantları üçün meninqokok infeksiyasına qarşı məcburi peyvənd olunması təşəbbüsü ilə çıxış edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının deputatı və partiyanın lideri Leonid Slutski məlumat verib.
"İcazəsi olmayan xarici vətəndaşlar və onların övladları ölkəmizə səyahət edir və infeksiya yuvasına çevrilirlər. LDPR çoxdan deyir ki, bu axını dayandırmaq lazımdır", - deyə siyasətçi bildirib.
Fraksiyanın deputatları "Rospotrebnadzor"a peyvəndlənmənin birbaşa ölkə sərhədində xarici vətəndaşların öz vəsaitləri hesabına aparılması təklifi ilə müvafiq müraciət göndərməyi planlaşdırırlar.
Xatırladaq ki, Rusiyada meninqokok infeksiyasına yoluxma hallarında kəskin artım qeydə alınıb. İnfeksiyanın yayılmasının səbəblərindən birinin əmək miqrasiyasının artması olduğu bildirilir. Mütəxəssislərin fikrincə, 2025-ci ilin ilk beş ayında ölkədə bu xəstəliyə 1 266 yoluxma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 260% çoxdur.
Milli.Az