Kriminal

Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı...

16 İyul 2025 20:25
Baxış: 610
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda görünməmiş dələduzluq cinayəti baş verib. 

Milli.Az xəbər verir ki, Kənan Ziya oğlu adlı şəxs "Okean Pub"da əvvəldən tanıdığı Şövqi Hüseyn oğluna məxsus "İpjone 13" markalı telefonu ələ keçirib. 

Kənan bununla kifayətlənməyərək həmin telefonla "WhatsApp" tətbiqi vasitəsi ilə Şövqinin anasına mesaj yazaraq guya avtoqəza törətdiyini və ona 1000 manat pul göndərməsini istəyib. Şövqinin anası da mesajın oğlu tərəfindən yazıldığını güman edərək deyilən məbləği Kənanın göndərdiyi bank kartına köçürüb. 

Bir qədər keçəndən Şövqi anası ilə danışaraq Kənanın ona məxsus telefonu ələ keçirdiyini bildirib. Qadın söhbət zamanı Kənanın onun adından pul aldığını da öyrənib. 

Kənanın bu hadisədən sonra da cinayət törətdiyi və həbs edildiyi bildirilir. Həmin vaxt yazıda bəhs etdiyimiz cinayətin üstü açılıb. Kənana qarşı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Xətai Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Kənan məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.  (Qaynarinfo)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.