Müğənni Tacir Şahmalıoğlu ölüm xəbəri yayılan tamada Natiq Dağlaroğlunu xəstəxanada ziyarət edib.
Milli.Az xəbər verir ki, sənətçi onun əməliyyat edildiyini və hazırda durumunun yaxşı olduğunu deyib:
"Sosial şəbəkələrdə Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı. Yalan xəbər verəndə, bunların arxada ailəsi, qohumları olduğunu nəzərə alın. Natiq Dağlaroğlu yüngül əməliyyat olunub. Yayıblar ki, rəhmətə gedib. Burada pis nəsə yoxdur, ömrünü uzadıblar. Natiq yaxşıdır, salamatdır. Bir-iki günə evə buraxılacaq".
N.Dağlaroğlu isə "Övladım elə formada zəng etdi ki... Ağlayır ki, ata, yazıblar dünyanı dəyişmisən. Yaxşıyam" sözlərini əlavə edib.
Qeyd edək ki, N.Dağlaroğlu bir müddət əvvəl toyda bıçaqlanma xəbəri ilə gündəmə gəlmişdi. (Axşam.az)
Milli.Az