Ölkə

İlqar İsmayılov azadlığa buraxıldı

16 İyul 2025 20:59
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İdeal" (red.-indiki "Adore") mağazalar şəbəkəsinin "mənimsəmə" ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı "kalon"dan azadlığa buraxılıb.

Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.