Hadisə

Yevlax sakinin torpaq sahəsindən 35 ədəd çətənə kolu aşkar edilib

12 Avqust 2021 10:49
0 Şərh     Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu Yuxarı Qarxun kənd sakini Vüqar Həsənli saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinə keçirilən baxış zamanı yaş çəkisi 52 kiloqrama yaxın olan kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ramal İsayev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə 4 büküm narkotik maddə - heroin aşkarlanıb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.