Hadisə

​ Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluq

9 İyul 2021 12:25
0 Şərh     Baxış: 3 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluq Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.