Hadisə

Xızıda heroin alverçisindən silah aşkarlanıb - FOTO

20 May 2021 11:04
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şorabad qəsəbə sakini Mehman Axundov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Axundovun yaşadığı evə keçirilmiş axtarış zamanı isə oradan bir ədəd lüləsi kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.