Hadisə

Meşədə narkotik yetişdirən şəxs saxlanılıb - VİDEO - FOTO

6 May 2021 15:24
Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mücühəftəran kənd sakini Elvin Məcidov saxlanılıb. Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni Qalınçaq kəndindəki meşəlik ərazidə əkib-becərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman ümumilikdə 474 ədəd çətənə bitkisinin şitillləri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs şitilləri 15 gün əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.