Hadisə

Ötən gün cinayət törədən 44 nəfər saxlanıldı

30 Aprel 2021 11:09
Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) aprelin 29-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü "isti izlər"lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 28 fakt, silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.