Hadisə

Azərbaycanda partiya sədrinə şok yaşatdılar - İlk testi pozitiv çıxdı, səhəri “neqativ” dedilər

19 Aprel 2021 13:34
Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb. 

Milli.Az xəbər verir ki, bu barədə "qafqazinfo"ya danışan T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib. 

O qeyd edib ki, aprelin 15-də müayinə üçün özəl xəstəxanaların birinə müraciət edib: "Bu zaman əlavə olaraq COVİD-19 testi də verməli oldum. Həmin gün axşam mesaj gəldi ki, testin nəticəsi pozitivdir. Yaşadığınız ərazini tərk etməyin. Məndə isə virusun heç bir əlaməti yox idi.

Aprelin 16-da başqa özəl xəstəxanada yenidən yaxma testi verdim. Nəticə neqativ çıxdı. Bir gün sonra qan testi verdim. Bu zaman da nəticə neqativ çıxdı. 

Hazırda ilk analizin cavabları portala işləndiyindən mən evdən çıxa bilmirəm. Ola bilsin ki, xəstəliyi asimptomatik keçirirəm. Ancaq bütün hallarda bir neçə gün dalbadal verilən analizlərin cavabları bir-biriylə uzlaşmır. Ona görə də bir az evdə qalıb yenidən test üçün müraciət edəcəyəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.